Pasxa bayramı ilə əlaqədar mayın 5-i və 6-da Tbilisidə əlavə avtobus marşrutları təyin edilib
Pasxa bayramı ilə əlaqədar mayın 5-i və 6-da Tbilisidə əlavə avtobus marşrutları təyin edilib

Tbilisi meriyasının məlumatına əsasən, Pasxa bayramı ilə əlaqədar mayın 5-i və 6-da əlavə avtobus marşrutu təyin edilib.

“Mayın 5-6-da doqquz müvəqqəti avtobus marşrut xətti təyin ediləcək. Avtobuslar sərnişinləri saat 08:00-dan 20:00-a kimi ı Muxatqverdi, Vaşlicvari, Kukia, Yeni Kukia, Maxata, Saburtalo, Ğrmağele, Veli və Varketili qəbiristanlıqlar istiqamətində daşıyacaqlar.

Avtobuslar – “Marcanişvili”, “Delisi”, “Saracişvili”, “Varketili” metrostansiyalardan, həmçinin, “Didube”nin yuxarı və aşağı çıxışlarından; Vağzal meydanından (birbaşa “Tbilisi Central”-dan); Besarion Çiçinadze küçəsindən; Varketilinin III massivindən, o cümlədən, Şuamta və Abaşvili küçələrinin kəsişməsindən hərəkət edəcəklər.

Vətəndaşlar qeyd olunan avtobuslardan iki gün ərzində pulsuz istifadə edəcəklər”, – meriyanın məlumatında qeyd olunub.