Pasxa bayramı ilə əlaqədar Batumi və Poti istiqamətində əlavə qatar reysləri təyin edilib
Pasxa bayramı ilə əlaqədar Batumi və Poti istiqamətində əlavə qatar reysləri təyin edilib

 

Pasxa bayramı ilə əlaqədar Tbilisi-Poti və Tbilisi-Batumi istiqamətlərində əlavə qatarlar hərəkət edəcək-bu barədə “Gürcüstan Dəmir Yolları” məlumat yayır.

“Gürcüstan Dəmir Yolu Pasxa bayramı ilə əlaqədar aprelin 13, 14, 15, 17 və 18-də Tbilisi-Poti-Tbilisi istiqamətində, aprelin 14, 15, 17 və 18-də isə Tbilisi- Batumi-Tbilisi istiqamətində əlavə reyslər təyin edir.

Qatarların hərəkət cədvəlinə əlavə edilmiş cədvəldə baxın:

“Biletləri “Gürcüstan Dəmir Yolları”nın veb səhifəsi vasitəsilə, sürətli ödəniş aparatları, Gürcüstan Dəmir Yolunun kassalarında, Gürcüstan Dəmir Yolunun tərəfdaş şirkətləri vasitəsilə əldə etmək olar”-deyə məlumatda qeyd olunub.