Pasxa bayramı gecəsində metro uzadılmış iş vaxtı ilə işləyəcək, 5-6 may tarixlərində isə əlavə avtobus marşrutları müəyyən ediləcək
Pasxa bayramı gecəsində Tbilisi metrosu uzadılmış iş vaxtı ilə işləyəcək, mayın 5-6-da isə əlavə avtobus marşrutları təyin olunacaq. Məlumatı Tbilisi meriyası yayır.
Meriyadan verilən məlumata əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə metro mayın 5-i saat 04:00-dək işləyəcək, mayın 4-ü saat 23:00-dan etibarən isə yeraltı nəqliyyatla hərəkət etmək pulsuz olacaq.
“Bundan başqa, mayın 5-6-da doqquz müvəqqəti avtobus marşrutu yaradılacaq. Avtobuslar sərnişinləri saat 08:00-dan 20:00-a kimi Muxatqverdi, Vaşlicvari, Kukia, Yeni Kukia, Maxata, Saburtalo, Ğrmağele, Veli və Varketili qəbiristanlıqları istiqamətində daşıyacaqlar.
Avtobuslar “Marcanişvili”, “Delisi”, “Saracişvili”, “Varketili” metrostansiyalarından, həmçinin, “Didube” metrosunun yuxarı və aşağı çıxışlarından; Vağzal meydanından (birbaşa “Tbilisi Central”-dan); Besarion Çiçinadze küçəsindən; Varketilinin III massivindən, o cümlədən, Şuamta və Abaşvili küçələrinin kəsişməsindən hərəkət edəcəklər.
Vətəndaşlar sözügedən avtobuslardan iki gün pulsuz istifadə edəcəklər”, – meriyanın məlumatında qeyd olunub.