Pasxa Bayramı gecəsi metro sərnişinlərə saat 04:00-a qədər pulsuz xidmət göstərəcək
Pasxa Bayramı gecəsi metro sərnişinlərə saat 04:00-a qədər pulsuz xidmət göstərəcək. Həmin gecə, saat 23:00-dan əlavə vaxt ərzində metro sərnişinlərə pulsuz xidmət göstərəcək.
Bununla yanaşı, 16 və 17 apreldə avtobusların əlavə marşrutları təyin ediləcək, hansılar da saat 08:00-dan saat 20:00-a qədər Muxatqverdi, Vaşlijvari, Kukia, Yeni Kukia, Maxata, Saburtalo, Ğrmağele, Veli və Varketili Qəbirstanlğı istiqamətinə hrəkət edəcəklər.
Qeyd olunan avtobuslar sərnişinlərə pulsuz xidmət göstərəcəklər. Avtobuslar Marcanişvili, Didube, Delisi, Saracişvili, Varketili metrostansiyalarından, eləcə də Vağzal Meydanından, Besarion Çiçinadze küçəsindən və Varketilinin III massivindən, Şuamta və Abaşvili küçəsinin kəsişməsindən çıxacaqlar.