Paskal Menie - Müstəqil prezident namizədi artıq Fransa vətəndaşı olmamasına rəğmən qadındır və bəzi insanların ona müraciət formaları məni narahat edir
Müstəqil prezident namizədi artıq Fransa vətəndaşı olmamasına rəğmən qadındır və bəzi insanların ona müraciət formaları məni narahat edir, – bu bəyanatı Fransanın Gürcüstandaki səfiri Paskal Menie, Gürcüstanda planlaşdırılan seçkilər və medyada yayılan gizli video-yazıları şərhləndirərkən verdi.
Fransa səfiri bəyan etdi ki, onun şərhlərini medyanın bəzi nümayəndələri kontekstdən çıxardıb, tamamən dəyişdirdilər.
“Məndən müsahibə alan zamanı, bəzi medya nümayəndələri dediklərimi anlamadı və yaxud qəsdlə məzmunu dəyişdi. Halbuki Fransa və Avropa İttifaqı ölkələrinin mövqeyi odur ki, biz sadəcə səfirlər olaraq, Gürcüstan baş verən proseslərə diqqət edirik” – dedi Paskal Menie.
Bununla yanaşı, mənim bir fransalı olaraq, fikrim odur ki, müstəqil prezident namizədi artıq Fransa vətəndaşı olmamasına rəğmən, qadındır və bəzi insanların ona müraciət forması məni narahat edir.
Düşünürüəm ki, hər bir demokratik ölkədə namizədlər və adi vətəndaşlar bir-birlərinə hörmət etməlidirlər. Ümid edirəm ki, bundan sonra siyasətçilər Gürcüstanı və xalqı narahat edən mövzular haqqında debat aparacaqlar və şəxsi təhqirlərdən baş qaçırdacaqlar” – dedi Paskal Menie.