Paskal Menie - bir çox ölkə, o cümlədən Gürcüstan, Böyük Britaniyaya həmrəylik bəyan etdik və rus diplomatlarını qovuruq
Bir çox ölkə, o cümlədən Gürcüstan, Böyük Britaniyaya həmrəylik bəyan etdik və rus diplomatlarını bizim ərazimizdən qovuruq, – Fransanın Gürcüstandakı səfiri, Paskal Menie jurnalistlərə bu cür şərh verdi.
Səfirin bəyan etdiyinə görə, bu cür qərarlar göstərir ki, Avropa İttifaqı bu cür mövcuddur və cinayətin törədilməsi ilə barışmayacaq.
“Düşünürəm ki, bu Moskva üçün güclü ismarıcdır. Ümid edirəm Rusiya bunu başa düşəcək. Bizim Rusiya ilə yaxşı əlaqələrimiz var, Rusiyaya, Rusiya tarixinə və xalqına hörmət edirik, biz Rusiyanın düşməni deyilik. Lakin Rusiya başa düşməlidir ki, bizim prinsiplərimiz və dəyərlərimiz var və yaxşı olarki, bunlar da Rusiya üçün dəyərlər olsun”, – Fransa səfiri bəyan etdi.
Gürcüstan, İsveçrə Səfirliyinin Rusiya maraqları bölməsinin əməkdaşını ölkədən qovur.
Gürcüstan Xarici İşlər Nazirliyi İsveçrə Səfirliyinin Rusiya maraqları bölməsinin əməkdaşına Gürcüstan ərazisini tərk etmək üçün bir həftəlik vaxt verir.
Gürcüstan xarici idarəsinin bəyanatına uyğun olaraq, qərar Sergey Skripalinin zəhərləndirilməsi faktına aiddir.
Almaniya, Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Fransa, Hollandiya, İtaliya, Danimarka rus diplomatlarını qovan Avropa İttifaqı ölkələridir.