Pasiyentin tibbi xidmətlərinin müştərək ödəniş payına yuxarı hədd təyin ediləcək
Pasiyentin tibbi xidmətlərinin müştərək ödəniş payına yuxarı hədd təyin ediləcək – bu barədə hökumətin bugünkü iclasında müzakirə edilən “Ümumi səhiyyəyə keçid məqsədilə həyata keçiriləcək bəzi tədbirlər haqqında” Gürcüstan hökumətinin 2013-cü ilin 22 fevral tarixli, 36 nömrəli qərarına edilən dəyişiklikdə deyilir.
Hökumətin mətbuat xidmətindən verilən məlumatda deyildiyi üzrə, bu qərar pasiyentlərin maraqları nəzərə alınmaqla və əhalinin keyfiyyətli tibbi xidmətlərə çatımlılığını daha da artırmaq məqsədilə qəbul edilib. Belə ki: pensiya yaşına çatmış şəxslər üçün müştərək ödəniş payı – 500 laridən çox olmamaq şərtilə 10% ; 0-5 yaş uşaqlar, məhdud imkanlara malik uşaqlar, ağır formada ifadə edilmiş MİM şəxslər və tələbələr üçün- 1000 laridən çox olmamaq şərtilə – 20%; Həmçinin əsas paketin istifadəçiləri üçün- 1500 laridən çox olmamaq şərtilə 30%. Əsas paket çərçivəsində mövcud 500 və 1000 larilik françayzinq açılır” – deyə Hökumət Administrasiyasının məlumatında deyilir.
Bununla yanaşı, bugünkü iclasda ölkədə qeyri-yoluxucu xəstəliklər istiqamətində beynəlxalq səviyyədə tanınmış prinsiplərə əsaslanan baxışı ehtiva edən və qeyri-yoluxucu xəstəliklərlə əlaqədar xəstələnmə və ölümü azaltmaq məqsədi daşıyan Qeyri-yoluxucu Xəstəliklərin Prevensiyası və Nəzarətinə dair Milli Strategiyanın 2023-2025-ci illər üçün fəaliyyət planı təsdiq edilib.