Parlamentin yaz sessiyası cari həftə bağlanacaq
Parlamentin yaz sessiyası cari həftə bağlanacaq

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, baş nazir İrakli Ğaribaşvili iyunun 22-də parlament qarşısında illik hesabatla çıxış edəcək.

Onun sözlərinə görə, “Lelo”nun müraciəti əsasında, sabah azad tribunadan istifadə etmək imkanı olacaq, sabah siyasi bəyanatlar veriləcək. Şalva Papuaşvili, parlamentin yaz sessiyasının cari həftə, ehtimal ki, iyunun 24-də bağlanacağını bildirir.

“Cari həftə plenar iclaslar üçün nəzərdə tutulmuş sonuncu sessiya həftəsidir və bu həftə biz yaz sessiyasını bağlayacağıq. Sabah adətən siyasi bəyanatlarla başlayacağıq. Bundan başqa, “Lelo” siyasi qrupu sərbəst tribunadan yararlanmaq üçün müraciət edib. Bundan irəli gələrək, sabah, çərşənbə axşamı günü azad tribunadan yararlanmağı təklif edirik. Səsvermələrdən əvvəl yararlanmaq imkanınız olacaq. Çərşənbə günü baş nazirin illki hesabatı olacaq. Üç layihə sürətləndirilmiş şəkildə müzakirə edilir. İlk dinləmə çərşənbə günü bu layihələrdən biri üzrə keçirilə bilər. Çərşənbə günü, saat 12:00-da biz bu layihəni birinci oxunuşda müzakirə edə bilərik və yəqin ki, saat 1-dən baş nazirin hesabatı başlayacaq. Sürətləndirilmiş qaydada müzakirə etməli olduğumuz qanunlayihələrdən irəli gələrək, böyük ehtimalla cümə axşamı bu məsələləri müzakirə etməli olacağıq. Yaz sessiyası cümə günü bağlanmalıdır, lakin sessiya həm plenar iclasla, həm də büro iclası ilə bağlana bilər” -deyə Şalva Papuaşvili bildirib.