Parlamentin yaz sessiyası bugünkü büro iclası ilə başa çatdı. Konstitusiyaya əsasən, yaz sessiyası iyunun sonuncu cümə günü başa çatır.
Parlamentin sədri Şalva Papuaşvilinin yaz sessiyasını başa çatmış elan etməsindən sonra Gürcüstanın himni səsləndirilib.
“Bu gün iyunun sonuncu cümə günüdür. Bildiyiniz kimi, Gürcüstan Konstitusiyasına əsasən, yaz sessiyası, parlament də iyunun sonuncu cümə günü fəaliyyətini başa vurur. Gürcüstan Konstitusiyasına uyğun olaraq, Gürcüstan parlamentinin yaz sessiyasını başa çatmış elan edirik”-deyə Şalva Papuaşvili bildirib.
Bununla yanaşı, yaz sessiyasının başa çatmasına baxmayaraq, parlamentdə bir neçə növbədənkənar iclas keçirilə bilər.