Parlamentin yanında etiraz aksiyası keçirilir
Parlamentin yanında etiraz aksiyası keçirilir

Gürcüstan parlamentinin yanında vətəndaşlar qrupu və müxtəlif siyasi partiya nümayəndələri etiraz aksiyası keçirirlər.

Onlar Batumidə keçirilən aksiyaya həmrəylik göstərmək məqsədi ilə, parlament ərazisinə qırmızı balonlar gətirdilər.

Aksiya yerində polis səfərbər olunub.

Artıq bir neçə gündür vətəndaşlar qrupu qanunverici orqanın yanında çadır qurub.

Onlar parlament seçkilərinin nəticələrinin ləğv olunmasını tələb edirlər.