Parlamentin yaxınlığında keçirilən aksiyada iki nəfər inzibati xəta törətdiyinə görə saxlanılıb
Parlamentin yaxınlığında keçirilən aksiyada iki nəfər inzibati xəta törətdiyinə görə saxlanılıb

Gürcüstan parlamenti yaxınlığında keçirilən aksiyada iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Gürcüstanın Birinci Kanalına verdiyi məlumata görə, onlar 166-cı maddə ilə inzibati xəta törətdiklərinə görə saxlanılıblar.

Bir qrup vətəndaş parlamentin yaxınlığında aksiya keçirir. Onlar toplaşmaq və nümayiş haqqında qanuna etiraz edirlər.

Onlar bildiriblər ki, “Gürcü Arzusu” sözügedən qanun layihəsi ilə vətəndaş cəmiyyətini qorxutmağa çalışır.

Parlament bu gün “Toplaşmaq və nümayiş haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxacaq.