Parlamentin vitse-spikerlərinin sayının 5-dən 7-yə qədər artırılması planlanır
Parlamentin vitse-spikerlərinin sayının 5-dən 7-yə qədər artırılması planlanır

Parlamentin vitse-spikerlərinin sayının artırılması planlanır.

Parlament sədrinin beş vitse-spiker əvəzinə yeddi müavin olacağı nəzərə alınmaqla, müvafiq dəyişikliklər reqlamentə daxil edilib.

Dəyişikliyə əsasən, üç deputat parlament çoxluğundan, üç deputat isə parlament müxalifətindəki fraksiyalardan seçiləcək.

Mövcud reqlamentə görə, parlamentin spikeri vəzifəsində çoxluq və müxalifət üçün iki kvota müəyyən edilib, lakin parlament müxalifəti üçün iki vitse-spiker vəzifəsindən biri boş qalıb.

10-cu çağırış parlamentində Qia Volski birinci vitse-spiker vəzifəsini tutur. Arçil Talakvadze və Davit Sergeenko səs çoxluğu ilə vitse-spiker vəzifəsinə seçiliblər. Müxalifətdən isə “Avropa sosialistlərinin” deputatı Avtandil Enukidze. Müxalifət üçün nəzərdə tutulan digər kvota isə Levan İoselianinin ictimai müdafiəçi seçilməsindən sonra boş qalıb və “Milli Hərəkat” fraksiyası Levan Bejaşvilinin namizədliyini təqdim edib lakin parlament çoxluğu onu dəstəkləməyib