Parlamentin üzvləri Teona Akubardia, Xatuna Samnidze, Tamar Kordzaia, Xatia Dekanoidze, Ana Buchukuri və Ana Natsvlişvili birgə bəyanat yayırlar
Parlamentin üzvləri Teona Akubardia, Xatuna Samnidze, Tamar Kordzaia, Xatia Dekanoidze, Ana Buchukuri və Ana Natsvlişvili birgə bəyanat yayırlar

 

Parlamentin üzvləri Teona Akubardia, Xatuna Samnidze, Tamar Kordzaia, Xatia Dekanoidze, Ana Buchukuri və Ana Natsvlişvili birgə bəyanat yayırlar.

“Müstəqil ədalət mühakiməsi ölkənin demokratik inkişafının və Avropa İttifaqına inteqrasiyasının vacib ana fikridir. Avropa Komissiyası Gürcüstanın Aİ-yə namizəd statusu alması üçün 12 ilkin şərt irəli sürüb, bunlar arasında müstəqil ədalət mühakiməsinin təmin edilməsi kilid məsələlərdən biridir. Avropa İttifaqı və ABŞ Gürcüstanda müstəqil ədalət mühakiməsinin gücləndirilməsinə fəal dəstək verirlər.

Keçən il ümumi məhkəmələr haqqında üzvi qanuna daxil edilmiş tələsik və qeyri-inklüziv təkpartiyalı dəyişikliklər həm qərbli tərəfdaşlarımız, həm də ən nüfuzlu peşəkar institut – Venesiya Komissiyası tərəfindən kəskin şəkildə tənqid olundu.

Məhz bu məsələnin konstitusiyaya uyğunluğu Konstitusiya Məhkəməsi tərəfindən müzakirə olunmalıdır. Gürcüstan Parlamentinin Hüquq Komitəsinin sədri Anri Oxanaşvili parlament tərəfində Konstitusiya Məhkəməsində müzakirə olunacaq məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə dilə gətirdi və Konstitusiya Məhkəməsinin mövcud təcrübəsinə baxmayaraq, hakim Qiorqi Kverençxiladzenin uzaqlaşdırılmasını tələb etdi.

Biz, imza atan parlament müxalifətinin deputatları parlament çoxluğunu müzakirəsi hələ başlamamış, şikayətçi tərəf üçün məruzəçi hakimin kimliyinin bilinmədiyi və müvafiq olaraq şikayətçilərə heç hakimin uzaqlaşdırılması sənədinin verilməməsi şəraitində konstitusiya şikayəti ilə bağlı ictimai açıqlamalardan çəkinməyə çağırırıq.

Hesab edirik ki, hakim partiyanın deputatlarının Konstitusiya Məhkəməsi tərəfindən şikayətə baxılmazdan əvvəl verdiyi siyasi açıqlamalar parlamentin Konstitusiya Məhkəməsinə təsir etmək cəhdindən və məsələnin siyasiləşdirilməsindən başqa bir şey deyil və bu da, qəbuledilməzdir” – deyə məlumatda qeyd olunub.