Parlamentin sədri MSK sədri və üç peşəkar üzvün seçilməsi üçün müsabiqə elan edib
Parlamentin sədri MSK sədri və üç peşəkar üzvün seçilməsi üçün müsabiqə elan edib

 
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili MSK sədri və üç peşəkar üzvün seçilməsi üçün müsabiqə elan edib.

Parlament sədrinin sosial şəbəkədə yazdığı kimi, istəyi olanlar müsabiqə sənədlərini 2024-cü ilin aprelin 9-u da daxil olmaqla təqdim edə bilərlər.

Bundan əlavə, Şalva Papuaşvili seçim komissiyasının namizədlərinə komissiyanın üzvü olmağa razılıq verdikləri üçün təşəkkür edir.

“Bu gün MSK sədri və üç peşəkar üzvün seçilməsi üçün müsabiqə elan etdim. İstəyi olanlar müsabiqə sənədlərini 2024-cü ilin aprelin 9-u da daxil olmaqla fiziki və ya e-poçt vasitəsilə təqdim edə bilərlər. Eyni sərəncamla namizədlərin seçim komissiyası yaradılıb. MSK-ya namizədlərin seçilməsi üçün prezidentin yaratdığı komissiyada olan həmin tərkibə komissiya üzvlüyünü təklif etmək qərarını verdim. Komissiya üzvlərinə razılıq verdikləri üçün təşəkkür etmək istəyirəm. Gürcüstan parlamentinin reqlamentinə uyğun olaraq, komissiyaya prezidentin bir nümayəndəsi də daxil edilib” – Şalva Papuaşvili yazır.