Parlamentin sədri Kaxa Kuçava ABŞ səfiri Keli Deqnan ilə görüşdü
Parlamentin sədri Kaxa Kuçava ABŞ səfiri Keli Deqnan ilə görüşdü

Gürcüstan Parlamentinin sədri Kaxa Kuçava ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan ilə görüşdü.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, görüşdə parlamentin yeni sədrinin planları müzakirə edildi və ABŞ səfiri Kaxa Kuçavayı dəstəklədiyini bildirdi.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, Keli Deqnan parlamentin sədrinin bütün siyasi partiyaların nümayəndələri ilə görüşüb, onlarla əməkdaşlıq etmək təşəbbüsünü dəstəkləyir.

Görüşdə söhbət seçki islahatlarına da toxundu.

Tərəflər Gürcüstanın 2024-cü ildə Avropa İttifaqına təqdim etmək üçün hazırladığı üzvlük ərizəsini də müzakirə etdilər.

Görüşə başa çatdığında, Gürcüstan parlamentinin sədri ABŞ tərəfindən göstərilən dəstək üçün səfirə təşəkkür etdi.