Parlamentin sahə iqtisadiyyatı komitəsi "yayımçı haqqında qanuna" prezident tərəfindən qoyulan veto ilə bağlı qərar verə bilmədi
Parlamentin sahə iqtisadiyyatı üzrə komitəsi “Yayımçı haqqında qanuna” prezident tərəfindən qoyulan veto ilə bağlı bir qərar verə bilmədi.
Məsələnin müzakirəsindən sonra, səs vermə zamanı, komitənin dörd üzvü qanuna dəstək verdi, dördü qarşı çıxdı, ikisi isə, səs vermədən baş qaçırtdı.
Komitədə prezidentin motivləşdirilmiş iradlarına Roman Kakulia, Kaxa Okriaşvili, Revaz Arveladze və Genadi Marqvelaşvili qarşı çıxdılar. Dəstək olanlar Roman Qotsiridze, Zurab Çiaberaşvili, Mamuka Çikovani və David Çiçinadze idi.
Səs vermədə Nino Tsilosani, İrakli Abuseridze və İsko Dasen iştirak etmədilər.
Qərarın verilməsi üçün səs vermədə iştirak edənlərin əksəriyyətinin səsi lazım idi.
Komitənin sədri Roman Kakulianın bəyanatına görə, bu deməkdir ki, veto məsələsi ilə bağlı qərar verilmədi.
Xatırladaq ki, sahə komitəsinin üzvləri “yayımçı haqqında qanuna” mənfi dəyərləndirmə verdi.
Roman Kakulia iclasda qeyd etdi ki, prezidentin vetosunu qəbul etmir, ancaq qanunlayihə haqqında fikrini də dəyişmək istəmir.