Parlamentin sabiq deputatlar qrupu "Xalqın Gücü" tərəfindən təşəbbüsü irəli sürülmüş qanun layihələri ilə bağlı bəyanat yayır
Parlamentin sabiq deputatlar qrupu “Xalqın Gücü” tərəfindən təşəbbüsü irəli sürülmüş qanun layihələri ilə bağlı bəyanat yayır.
Bəyanatı imzalayanlar Gürcüstan parlamentini qanun layihələrinin müzakirəsini dərhal dayandırmağa çağırırlar.
“Parlament əksəriyyətinin üzvlərinin təşəbbüsü ilə irəli sürülmüş “xarici təsir agentləri haqqında” qanun layihələri ilə bağlı birmənalı mövqeyimizi açıq şəkildə bildirmək istərdik, çünki məsələ hər hansı qrupun siyasi maraqlarını aşır və dövlətimizin gələcəyinə birbaşa aiddir.
Sözügedən qanun layihələrinin nəinki qəbulu, hətta müzakirəsi ölkənin namizəd statusunu gözlədiyi bir vaxtda ölkəmizin Avrointeqrasiya prosesinə düzəlməz ziyan vurur. Bu təşəbbüs demokratiyanın fundamental prinsiplərinə ziddir və dost və tərəfdaş ölkələrin, eləcə də gürcü vətəndaş cəmiyyətinin demonizasiyasına səbəb olur və onları düşmən qüvvələr kimi təqdim edir ki, bu da qəti şəkildə qəbuledilməzdir. Artıq Rusiya timsalında dünya oxşar nəticələri görüb. Sözügedən təşəbbüsün Gürcüstanın bütün dost ölkələri tərəfindən qəbul edilməməsi və ona mənfi münasibət fonunda bu qanun layihələrinin müzakirəsi xüsusilə zərərlidir. Qanun layihələrinin müzakirəsi mənfi sosial təsir və ölkənin xarici nüfuzuna dönməz ziyan vurmaqla yanaşı, ölkədə gedən siyasi proseslərə xələl gətirir, gürcü cəmiyyətində lüzumsuz narahatlıq yaradır və mübahisələri kəskin şəkildə dərinləşdirir.
Biz Gürcüstan parlamentini qanun layihələrinin müzakirəsini dərhal dayandırmağa, açıq və inklüziv proses vasitəsilə Aİ üzvlüyünə namizəd statusunun alınması üçün zəruri islahatların həyata keçirilməsinə başlamağa çağırırıq”- bu barədə Tamar Çuqoşvilinin dərc etdiyi və parlamentin bir qrup keçmiş deputatı tərəfindən imzalanmış bəyanatda qeyd olunur.