Parlamentin Regional Siyasət və Özünüidarəetmə Komitəsi, Sameqrelo-Zemo Svaneti bölgəsində sahə iclaslarını davam etdirir
Parlamentin Regional Siyasət və Özünüidarəetmə Komitəsi, Sameqrelo-Zemo Svaneti bölgəsində sahə iclaslarını davam etdirir

Parlamentin Regional Siyasət və Özünüidarəetmə Komitəsi, Sameqrelo-Zemo Svaneti bölgəsində sahə iclaslarını davam etdirir.

Komitə sədri Sozar Subari və komitə üzvləri, icraçı və yerli hakimiyyət nümayəndələri ilə birlikdə bu gün Kala icmasını ziyarət ediblər, burada başa çatdırılmış infrastruktur layihələrini gözdən keçiriblər.

” Ümumilikdə Sameqrelo-Zemo Svaneti bölgəsində, son illərdə dörd yeni məktəb və 43 uşaq bağçası tikilib. Hazırda 11 uşaq bağçası və 10 məktəbin tikintisi aparılır. 160-a qədər uşaq bağçasının tikilməsi və yenidən qurulması planlaşdırılır. Onlarla məktəb bərpa edilib. 200 məktəbə uşaqları daşımaq üçün avtomobil xidmət göstərir, 14 min uşaq isə məktəblərə daşınması təmin olunur. Bunlar məktəblərdən xeyli uzaqda yaşayan uşaqlardır. Bölgədə son illər ərzində təxminən 1000 km yol tamamilə bərpa olunub. Hazırda Uşquli yolu tikilməkdədir “- deyə komitə sədri Sozar Subari bildirib.

Komitə üzvləri turistik yerləri və piyada cığırlarını ziyarət ediblər. Həmçinin, turizm sahəsində çalışanlar və yerli sahibkarlarla görüş keçirilib, görüşdə Svanetinin turizm potensialı, qlobal pandemiya fonunda mövcud problemlər və bu problemlərlə mübarizə yolları haqqında fikir mübadiləsi aparılıb.

“Svanetinin , daxili aviasiyasının gücləndirilməsi və təşviqi də daxil olmaqla, turistik potensialının daha da artırılması üçün edilə biləcək iş planını birlikdə hazırladıq.”-deyə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Mariam Kvrivişvili bildirib.

Onun sözlərinə görə, piyada yollarının işarələnməsi davam edəcək və ilin sonuna qədər Svanetiyə 109 kilometrlik piyada yolu əlavə ediləcək.

Regional Siyasət və Özünüidarəetmə Komitəsi yerindəcə problemlər və ya nailiyyətlər ilə tanış olmaq üçün Gürcüstanın digər bölgələrinə də sahə iclasları təşkil etməyi planlaşdırır.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.