Parlamentin plenar və ya komitə iclasından uzaqlaşdırılan üzvünün maaşından beş faiz tutulacaq
Parlamentin plenar və ya komitə iclasından uzaqlaşdırılan üzvünün maaşından beş faiz tutulacaq

 
Parlamentin plenar və ya komitə iclasından uzaqlaşdırılan üzvünün maaşından beş faiz tutulacaq. Müvafiq dəyişikliklər əsasnaməyə daxil edilib və təqdimat bu gün büro iclasında baş tutacaq .

Mövcud reqlamentə əsasən, deputatın maaşının müəyyən faizi yalnız iclaslarda iştirak etmədiyinə görə tutulur. Bu həm plenar iclasa, həm də komitə iclasına şamil olunur.

Layihə ilə isə müəyyən edilib ki, müvafiq gündə iclasın gedişatı zamanı komitənin iclas zalını və ya iclas zalını tərk etməsi tələb olunan deputatdan müvafiq ayın əməkhaqqının 5 faizi tutulur.