Parlamentin plenar iclasında “Yeni Müdafiə Məcəlləsi” birinci oxunuşda təsdiqlənib
Parlamentin plenar iclasında “Yeni Müdafiə Məcəlləsi” birinci oxunuşda təsdiqlənib.
Layihəni 80 deputat dəstəkləyib, iki deputat isə əleyhinə səs verib.
İclasda hökumətin təşəbbüsü ilə irəli sürülən qanunvericilik zərfinə daxil olan digər layihələrə də səs verilib.
Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata əsasən, yeni məcəllə ilə bütün çağırışçılar yalnız hərbçi funksiyanı yerinə yetirəcək və müdafiə qüvvələrində xidmət edəcəklər; Munisipalitetlərin əvəzinə yalnız Müdafiə Nazirliyi çağırışın təşkili və NATO standartlarına uyğun təlimi təşkil edəcək; Bütün çağırışçılar Əsas İlkin Döyüş Təlimindən (BCT) və sonrakı təlimlərdən keçəcəklər; Mövcud 12 aylıq məcburi xidmət müddəti əhəmiyyətli dərəcədə azaldılır. Yeni məcəlləyə əsasən, tələbələr yalnız istəkləri olması halında, tətil dövrü və ya qeyri-iş günləri hesabına çağırışçıların milli hərbi xidmətindən keçmiş hesab ediləcəklər: hər il hərbi təlimdən keçsələr, yayda 1 ay müddətində, növbəti dörd il; ya da 2 illik kiçik zabit hazırlığı kursundan elə keçəcəklər ki, təhsilə mane olmayacaq, təhsilini başa vurub elmi dərəcə almaları halında onlara leytenant hərbi rütbəsi veriləcək, elmi dərəcə almayacaqları təqdirdə onlara çavuş rütbəsi veriləcək; və ya müəyyən meyarlara uyğun olaraq, onlar artıq fəaliyyətdə olan ödənişli ərazi rezervinə götürüləcək və 4 il ərzində ildə 45 gün xidmət edəcəklər, bu müddətin 3 ili bitdikdən sonra isə çağırışçıların milli xidmətini keçmiş hesab ediləcəklər. Ali təhsilli çağırışçılar da qeyd olunan şərtlərdən bəhrələnmək imkanı əldə edəcəklər.
Yeni məcəllə ilə təxirə salma şərtləri dəyişir: qanuni xəta aradan qaldırılır və ordudan yayınmaq üçün fiktiv “dini təşkilatlar”ın qeyri-müvafiq şəkildə istifadəsi istisna edilir. Yeni məcəllə ilə uzunillik xidmətlərini qiymətləndirmək məqsədilə hərbçilərin sosial təminatları yaxşılaşır: Müdafiə Nazirliyi hər üç ildən bir hərbçilərin müəyyən kateqoriyası üçün müştərək maliyyələşmə ilə yaşayış sahələri (mənzillərin) tikməyə borclu olacaq; Hərbçilər yüksək keyfiyyətli hərbi təchizat, yaşayış şəraiti, qida, tibbi sığorta və yaxşılaşdırılmış sosial şərait ilə təmin olunurlar.