Bir neçə dəqiqə əvvəl Gürcüstan parlamentinin plenar iclasında səs-küy və sözlü qarşıdurma olub.
Parlament çoxluğunun üzvü İrakli Beraianın müxalif deputat Teona Akubardia ilə bağlı açıqlaması “Gürcü Arzusu”nun nümayəndələri ilə müxalifət arasında qızğın mübahisə ilə nəticələnib.
Xatia Dekanoidze bildirib ki, İrakli Beraia və Aluda Ğuduşaurinin Ana Tsitlidze və Teona Akubardiaya qarşı səsləndirdiyi ifadələr cinsiyyətçi, təhqir və qadınlara qarşı zorakılıq xarakteri daşıyır ki, bu da cavabsız qalmamalıdır.
Xatia Dekanoidze kimi İaqo Xviçia da həmkarlarını müdafiə edərək iclas zalında İrakli Beraiadan qadın deputatdan üzr istəməsini tələb edib.
Parlamentin sədri Şalva Papuaşvili müxalifətdən olan deputatların bəyanatlarına cavab verib. O, İaqo Xviçyanı mənəvi kürsüdən danışmamağa çağırıb. Spiker onu da bildirib ki, deputatın çıxışını vaxtında dayandırmalı olduğu üçün özü də şəxsi təhqirlərlə bağlı iradlar alır.
Bu açıqlamalardan sonra iclas zalında İaqo Xviçia, İrakli Kadaqişvili və Mamuka Mdinaradze arasında sözlü qarşıdurma olub.