Parlamentin payız sessiyası Şovidə həlak olanların xatirəsinə ehtiram göstərilməsi ilə başlayıb
Parlamentin payız sessiyası Şovidə həlak olanların xatirəsinə ehtiram göstərilməsi ilə başlayıb

 
Gürcüstan parlamentində payız sessiyası başlamazdan əvvəl Şovidə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Parlamentin sədri Şalva Papuaşvili avqustun 3-də ölkənin başına ən böyük faciənin gəldiyini bildirib.

“Bu il avqustun 3-də ölkəmizin başına böyük faciə gəldi. Bizim üçün ən sevimli və cənnətlə eyniləşmiş guşədə böyük bir təbii fəlakət baş verdi, fəlakət, həmvətənlərimizin, o cümlədən uşaq və qadınların həyatına son qoydu. Mən bir daha həlak olanların ailələrinə başsağlığı vermək istərdim, sözlər yetərsizdir”- deyə Papuaşvili bildirib.

Avqustun 3-də Şovidə torpaq sürüşməsi baş verib. Təbii fəlakət zonasında 31 meyit tapılıb, 2 vətəndaşın axtarışları davam edir.