Parlamentin payız sessiyası cari həftə açılacaq. Reqlamentə əsasən, payız sessiyası sentyabrın 5-də plenar iclas formatında açılacaq və siyasi debatlar keçiriləcək.
Payız sessiyasının gündəliyi həm hökumət üzvlərinin hesabatlarının dinlənilməsi, həm də bilavasitə qanunvericilik fəaliyyəti baxımından kifayət qədər dolu olacaq. O cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin illik hesabatı, eləcə də Xalq Müdafiəçisinin hesabatı müzakirə olunasıdır.
Reqlamentə əsasən, sentyabrın ilk çərşənbə axşamı açılan payız sessiyası dekabrın üçüncü cümə günü bağlanır.