Gürcüstan Parlamentinin fəaliyyəti rəsmi olaraq gələn həftə açılacaq.
Reqlamentə uyğun olaraq Parlamentin payız sessiyası sentyabrın ilk çərşənbə axşamı açılır. Gürcüstanın Birinci Kanalının məlumatına görə, sentyabrın 3-də plenar iclas keçiriləcək, halbuki ona qədər deputatlar büro islası formatında toplaşacaqlar.
Payız sessiyası çərçivəsində, qanunvericilik orqanı bir neçə önəmli kadr qərarını qəbul etməli olacaq, o cümlədən Ali Məhkəmənin hakimliyinə namizədləri dinləməli və 20 hakimi seçməlidir.
Bununla yanaşı, yaz sessiyasında təxirə salınan illik hesabatları dinləməlidir – Baş nazir, Xalq Müdafiəçisi, Baş Prokuror və Audit Xidməti.
Reqlamentə uyğun olaraq Parlamentin payız sessiyası dekabrın üçüncü cümə günü bağlanacaq.