Parlamentin payız sessiyası dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Parlamentin sədri Şalva Papuaşvili payız sessiyasının işgüzar və maraqlı olduğunu bildirib.
“Ən əsası, məhsuldar payız sessiyası keçirdik, Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə statusu aldı. Bu işdə Gürcüstan parlamentinin böyük töhfəsi var. Biz bu prosesdə iştirak edən, Avropa Şurasının dünənki qərarına səbəb olan dəyişiklikləri dəstəkləyən bütün həmkarlarımıza təşəkkür etmək istəyirik” -deyə Şalva Papuaşvili açıqlayıb.
Parlamentin nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın ilk çərşənbə axşamı fəaliyyətə başlayır və dekabrın üçüncü cümə günü başa çatır.
Parlament fevralın ilk çərşənbə axşamı yaz sessiyası formatında işini bərpa edəcək.