Parlamentin növbədənkənar iclası bağlandı
Parlamentin növbədənkənar iclası bağlandı

Parlamentin növbədənkənar iclası bağlandı. Sessiyanın sonunda Gürcüstanın dövlət himni səsləndirildi.

Parlament iyulun 18-19-da keçirilən növbədənkənar sessiyada yeni Baş prokuroru seçdi və “amnistiya haqqında” qanun layihəsini birinci oxunuşda qəbul etdi. Həmçinin “Tütünə nəzarət” haqqında qanuna və “yerli özünüidarəetmə məcəllələri”nə dəyişikliklər sürətləndirilmiş qaydada müzakirə edildi və üç dinləmədə qəbul edildi.

Parlamentin payız sessiyası sentyabrın ilk çərşənbə axşamı açılacaq.