Parlamentin müvəqqəti istintaq komissiyası tərəfindən seçilən seçki məntəqələri bülletenlərinin yenidən hesablanması sabah, saat 10:00-dan başlayacaq
Parlamentin müvəqqəti istintaq komissiyası tərəfindən seçilən seçki məntəqələri bülletenlərinin yenidən hesablanması sabah, saat 10:00-dan başlayacaq

2020-ci il 31 oktyabr Parlament seçkilərini öyrənən müvəqqəti parlament istintaq komisiyasi tərəfindən seçilən seçki məntəqələri bülletenlərinin yenidən hesablanması 3 iyunda, saat 10:00-dan başlayacaq.

Komissiyanın sədri, Qivi Mikanadzenin dediyinə görə, təsadüfi seçim prinsipi ilə aşkar olunmuş 20 seçki məntəqəsinin bülletenlərini eyni prinsiplə seçilən 12 peşakar hesablayıcı iki gün ərzində hesablayacaq. Elə onun məlumatına görə, hesablama prosesi birbaşa efir rejimində aparılacaq.

Qivi Mikanadze komissiya üzvlərini seçki məntəqəsi bülletenlərinin hesablanmasl və dairə seçki komissiyasının səsvermə nətiəcələrinin yekunlaşdırıcı protokolu göstəricilərinin yoxlanılması instruksiyası layihəsi ilə tanış etdi.

İnstruksiyanın müzakirəsindən sonra, komissiya təqdim olunan layihəni təsdiq etdi. İnstruksiyada göstərilmiş maddələrin müdafiəsi bülletenləri hesablayanlar üçün məcburidir.