Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsi "Müdafiə Məcəlləsi" layihəsinin ikinci oxunuşda müzakirəsini yekunlaşdırıb
Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi “Müdafiə Məcəlləsi”nin və onu müşayiət edən 45 qanun layihəsinin ikinci oxunuşda müzakirəsini yekunlaşdırıb.
Layihəyə daxil edilən dəyişikliyə əsasən, rüsumların ödənilməsi artıq çağırışçıların milli hərbi xidmətə çağırılmasının təxirə salınması üçün əsas olmayacaq.
“Müdafiə Məcəlləsi” layihəsi : dövlət müdafiə siyasətinin planlaşdırılması, hərbi polis, hərbi xidmət, çağırışçıların milli hərbi xidməti, peşəkar hərbi xidmət, müdafiə qüvvələrinin ehtiyat və ehtiyat hərbi xidməti, beynəlxalq təlim, sülh əməliyyatı, təşviqat və intizam məsuliyyəti, hərbi vəziyyət və müdafiə sahəsində könüllülüklə bağlı məsələləri tənzimləyir.
Məruzəçi, müdafiə nazirinin müavini Qriqol Qiorqadze “Müdafiə Məcəlləsi”nin ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün müvafiq hüquqi effektiv mexanizm yaradacaq mühüm qanunvericilik aktı olduğunu deyib.
Qanunvericilik paketinin təşəbbüskarı Gürcüstan hökumətidir.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.