Parlamentin Maliyyə və Büdcə Komitəsi vahid Avropa ödəniş zonasına qoşulmaq üçün zəruri olan qanunvericilik təşəbbüslərini müzakirə edir
Parlamentin Maliyyə və Büdcə Komitəsi vahid Avropa ödəniş zonasına qoşulmaq üçün zəruri olan qanunvericilik təşəbbüslərini müzakirə edir.
Qanunverici orqanda səhərdən Milli Bankın vitse-prezidentini dinləyirlər. İş üç qanun layihəsinə aiddir. Birincisi, bazar iştirakçıları arasında ödəniş qaydalarını tənzimləyən, onları müasirləşdirən və Avropa direktivlərinə uyğunlaşdıran vergi sistemləri haqqında qanundur.
İkincisi, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə nəzarətdən bəhs edən virtual aktiv xidməti təminatçıları, yəni kriptoaktivlər haqqında qanun layihəsidir. Üçüncü qanun layihəsi kommersiya bankları haqqında qanuna edilən dəyişikliklərə istinad edir ki, bu da əsasən Avropa direktivinə aydınlıq gətirilməsi və hormanizasiyasıdır.
Qanun layihəsinin təşəbbüskarı Gürcüstan hökuməti, müəllifləri isə, İqtisadiyyat Nazirliyi və Milli Bankdır.
Gürcüstan vahid Avropa ödəniş məkanına qoşulmaq üçün ərizəni sentyabrda təqdim edəcək və müzakirə isə, noyabrda baş tutacaq. SEPA-ya qoşulma meyarlarını vaxtında yerinə yetirmək üçün Gürcüstan Parlamenti qanun layihələrini sürətləndirilmiş qaydada müzakirə edəcək.