Parlamentin Xarici Əlaqələr Komitəsinin üzvləri Kirbalada qətlə yetirilən Tamaz Qinturinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər
Parlamentin Xarici Əlaqələr Komitəsinin üzvləri Kirbalada qətlə yetirilən Tamaz Qinturinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər
“Bu, daha bir faciəvi fakt və Rusiya işğalının çox ağır nəticəsidir. Biz bu qeyri-insani faktı pisləyir və mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı veririk” – deyə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze açıqlayıb.
Rusiya işğalçı qüvvələri işğal altındakı Kirbala yaxınlığında Gürcüstan vətəndaşı Tamaz Qinturini öldürüb, bir vətəndaşı isə qanunsuz olaraq saxlayıblar. Gürcüstanın mərkəzi hakimiyyətinin tələbi ilə Erqnetidə görüş keçirilib.