Parlamentin iyunun 30-da keçiriləcək plenar iclasında baş naziri dinləyəcəklər
İyunun 30-da baş naziri parlamentin plenar iclasında dinləyəcəklər. İrakli Ğaribaşvili qanunverici orqana illik hesabatı təqdim edəcək.
Bu barədə parlamentin sədri Şalva Papuaşvili açıqlayıb.
“Cari həftə baş nazirin illik hesabatının olacağının anonsu verilib və bununla bağlı büro da qərar qəbul edib. 30 iyun cümə günü. Bundan əvvəl bizim sürətləndirilmiş qaydada müzakirə edilməsi gərəkən qanun layihələrimiz olacaq və bir neçə məruzə dinləniləsidir”- deyə Papuaşvili büronun iclasında bildirib.