Parlamentin iclaslarına üzrlü səbəb olmadan davamiyyətsizliyə görə bu il deputatların maaşından 80 min lari tutulub ki, bunun da 60 mini müxalifətin payına düşür
Parlamentin iclaslarına üzrlü səbəb olmadan davamiyyətsizliyə görə bu il deputatların maaşından 80 min lari tutulub ki, bunun da 60 mini müxalifətin payına düşür

 
Gürcüstan Parlamentinin iclaslarına üzrlü səbəb olmadan davamiyyətsizliyə görə bu il deputatların maaşından 80 min lari tutulub ki, bunun da 60 mini müxalifətin payına düşür-bu barədə
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

Papuaşvilinin qeyd etdiyi kimi, deputatlar üzrlü səbəb olmadan iclasda iştirak etməsələr, maaşlarından tutulacaq.

“Cari ildə cərimələr və tutulmalar hesabına 80 min lari yığılıb. Maraqlıdır ki, bu məbləğin 77%-i, təxminən 60 min lari müxalifətçi deputatların payına düşür. Biz xəzinədarlar şurasına müraciət etdik və şura bu vəsaitin xeyriyyəçilik üçün istifadəsini müzakirə etdi. Biz bürodan xahiş edirik ki, bu məbləği bəzi xeyriyyə tədbirləri üçün istifadə etməyi təsdiqləyək” -deyə Şalva Papuaşvili açıqlayıb.