Parlamentin plenar iclasında “Quruculuq Strategiyası”nın lideri ilə “Xalqın Gücü”nün təmsilçisi arasında qarşıdurma baş verib.
Salonda Qiorqi Vaşadze bəyanat verərkən replikalar eşidilməsi üzərinə qarşıdurma müşaiyət olunub, Vaşadze isə bundan sonra parlament sədrinə müraciət edib – “Bu insanları salondan çıxarın”.
Bundan sonra Vaşadze Mixeil Ğavelaşviliyə müraciət edib. “Özünü çəkmə. Oğlan, get futbol oyna. Get, topunu yuvarla, vətənə xəyanətə imza atan insan hər şeyə cəsarət edər ” -deyə Vaşadze açıqlayıb.
İclas salonunda baş verən qarşıdurmadan sonra texniki fasilə elan edilib.