Parlamentin qarşısında ölkənin əsas yolkası ilə birlikdə şəhərin bütün yeni il işıqları yandırılıb [foto]
Parlamentin qarşısında ölkənin əsas yolkası ilə birlikdə şəhərin bütün yeni il işıqları yandırılıb [foto]

Gürcüstan parlamentinin qarşısında ölkənin əsas yolkası ilə birlikdə şəhərin bütün yeni il işıqları da yandırılıb. Milad ağacının işıqlarının yandırılması mərasimi tamaşaçılara milad hekayəsindən və yolkanın qoyulması ənənəsindən bəhs edən teatrlaşdırılmış musiqili tamaşa ilə açılıb.

Ölkənin əsas yolkasının işıqlarının yandırılması mərasimi italyan musiqiçisi Stefano Sinioroni (Stefano Signoroni) və onun qrupunun konserti ilə davam edib.

Şouda “Metexi” ansamblı, Tbilisi Şəhər Meriyasının Gimnastika İnkişaf Mərkəzinin idmançıları, aktyor Dato Darçia, Tbilisi Uşaq Kapellası, Maka Maxaradze Balet Studiyası və Natali Kikaleişvili və Nino Kutateladzenin rəhbərlik etdiyi rəqqaslar truppası iştirak edib.

Şəkillər Paytaxtın Meriyası tərəfindən paylaşılır.