Parlamentin qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma olub, bir neçə nəfər həbs edilib
Parlamentin qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma olub, bir neçə nəfər həbs edilib

Rustaveli prospektində, Parlamentin qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma olub. Bir neçə nəfər həbs olunub.

Patrul polisi departamentinin direktor müavini Sergi Bzişvilinin dediyi kimi, vətəndaşlardan yolun hərəkət hissəsini tərk etmələri xahiş olunub.

“Onlar yolu bağlayıblar, polislərin qanuni tələbinə tabe olmayıblar. Bəzi şəxslər polis əməkdaşlarını şifahi təhqir ediblər. Ona görə də onlar inzibati qaydada saxlanılıblar”. – Sergi Bzişvili dedi.