Parlamentin qarşısında "Droa"-nın təşkilatçılığı ilə aksiya keçirlir
Parlamentin qarşısında "Droa"-nın təşkilatçılığı ilə aksiya keçirlir

Parlamentin qarşısında “Droa”-nın təşkilatçılığı ilə aksiya keçirlir. Aksiyanın şüarı “müstəqillik, azadlıq, birlikdir”.

Aksiyanın təşkilatçılarının bəyan etdiyinə görə, aksiyanın məqsədi 1989-cu il aprelin 9-da olduğu kimi, gürcü xalqının hələ də Rusiya təcavüzü ilə qəti şəkildə üz-üzə qaldığı mövqeyini bir daha təsdiqləməkdir.

Onların dediyinə görə, ölkədə birlik lazımdır.

Aksiyada vətəndaş fəalları və adi vətəndaşlar çıxış edirlər. Toplantıda Ukrayna Ali Radasının deputatı, Aleksey Qonçarenko çıxış edəcək.

“Droa”-nın lideri, Elene Xoştariyanın qeyd etdiyinə görə, 9 aprelin ən böyük dərsi birlikdir.

“Bu gün vətənimizi müdafiə etmək üçün eyni münasibətlə cəsurluqla aparmalıyıq. Bugünkü aksiya partiya aksiyası deyil, sadəcə bizim təşəbbüsümüz idi. Mən ümumiyyətlə çıxış etməyəcəm, amma çıxış edənlər arasında Çuberidən keçmiş məcburi köçkün də, burada dayanmış nəsildən olanlar insanlar da olacaq. Bu gün Ukraynada döyüşən dostlarımızın televizya aoşulması olacaq, onların arasında Qonçarenko da olacaq. Biz Gürcüstan və Ukraynanın məqsədləri arasında bu gün mövcud olan birliyi vurğulamaq istəyirik”, – Xoştariya bəyan etdi.