Parlamentin ərazisində aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib
Parlamentin ərazisində, Çitadze küçəsində aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib.
Aksiya iştirakçıları utanc dəhlizi təşkil etməyə cəhd etdikdən sonra vəziyyət gərginləşib.
Polisin bir neçə nəfəri ərazidən uzaqlaşdırmasına dair məlumatlar var.
Parlamentin ərazisinə toplaşanlar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edirlər.