Parlamentin bugünkü iclası Buçada həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı
Parlamentin bugünkü iclası Buçada həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı

Gürcüstan prezidenti, Salome Zurabişvilinin illik hesabat təqdim etdiyi Parlamentin bugünkü iclası, Buçada həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

“Müraciətimə başlamazdan əvvəl, dostumuz Ukrayna ilə həmrəy olduğumu bildirmək istəyirəm. Bu gün Buça faciəsinin bir ili tamam olur və xahiş edirəm, həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək”, – Salome Zurabişvili bəyan etdi.

Salome Zurabişvilinin illik hesabatının təqdimatında baş nazir İrakli Ğaribaşvili, hökumət üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.