Parlamentin Avropaya İnteqrasiya Komitəsi Gürcüstanın Avropa İttifaqına üzvlüyü ilə bağlı hazırlanmış qətnamə layihəsini dəstəkləyib
Parlamentin Avropaya İnteqrasiya Komitəsi Gürcüstanın Avropa İttifaqına üzvlüyü ilə bağlı hazırlanmış qətnamə layihəsini dəstəkləyib

 

Parlamentin Avropaya İnteqrasiya Komitəsi Gürcüstanın Avropa İttifaqına üzvlüyü ilə bağlı hazırlanmış qətnamə layihəsini dəstəkləyib.

Komitənin bu gün keçirilən iclasında qətnamə layihəsini müxalifətin nümayəndələri, o cümlədən “Milli Hərəkat”, “Quruculuq Strategiyası” və “Qirçi” partiyalarının üzvləri dəstəkləyiblər.

Müxalifətin nümayəndələri qətnamənin məzmunu ilə razılaşdıqlarını, lakin sənədin sənəd olaraq qalmaması üçün nə vaxt hansı işlərin görülməsi ilə bağlı konkret fəaliyyət planının hazırlanmalı  və bu prosesə parlament tərəfindən nəzarətin edilməli  olduğunu bildirir.

Qətnamə layihəsi 13 bənddən ibarətdir, Aİ-yə üzv dövlətləri və Aİ institutlarını, eləcə də Gürcüstan hökumətini Gürcüstanın Aİ-yə daxil olmasını sürətləndirmək üçün bütün lazımi addımları atmağa çağırır.