Parlamentdə "Yayımçı haqqında" qanunvericilik paketinin müzakirəsi aparılır
Parlamentdə “Yayımçı haqqında” qanunvericilik paketinin müzakirəsi aparılır.
Bugünki plenar iclasda, qeyd olunan paketdəki dəyişiklikləri deputatlara Hüquqi Komitənin sədri Eka Beselia təqdim etdi.
Beselianın verdiyi məlumata görə, məsləhətləşmələr nəticəsində, qanunvericilik paketində bir maddə dəyişdirildi.
“İctimayı Yayımçı, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilən və dövlət büdcəsindən gələn gəlirləri yeni başlayan medya müəssisələrinin təşviqinə, tele-radyo və onlain məhsullarının və innovasiyanın inkişafına xərcləmək üçün səlahiyyətlidir.
Bu normaya yeni maddə əlavə olundu, – yuxarıda qeyd olunan maliyyələşdirmə ilə bağlı qərarı qəyyumlar şurası verir”, – dedi Beselia.
Parlament “Yayımçı haqqında” qanunvericilik paketini birinci oxunuşla təsdiqlədi.