Parlamentdə Xüsusi İstintaq Xidmətinin rəhbəri vəzifəsinə seçilmək üçün təqdim olunmuş namizədlərin dinlənilməsinə başlanılıb
Parlamentdə Xüsusi İstintaq Xidmətinin rəhbəri vəzifəsinə seçilmək üçün təqdim olunmuş namizədlərin dinlənilməsinə başlanılıb

 

Hüquq Məsələləri Komitəsində Gürcüstanın baş naziri tərəfindən Xüsusi İstintaq Xidmətinin rəhbəri vəzifəsinə namizədliyi irəli sürülmüş Emzar Qaqnidze və Karlo Katsitadzenin dinlənilməsinə başlanılıb.

“Hər iki namizədə yönəlik həm peşə təcrübələri, həm də planları və baxışları ilə bağlı suallarımız olacaq. Bu proses mümkün qədər şəffafdır və cəmiyyətimiz bütün müsahibə prosesini izləyəcək” – deyə Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili bildirib.

Namizədlərə komitədə dinlənildikdən sonra parlamentin plenar iclasında səs verilir.

Parlamentin nizamnaməsinə əsasən, Xüsusi İstintaq Xidmətinin rəhbərini qanunverici orqan tam tərkibin əksəriyyəti ilə 6 il müddətinə seçir .

Keçən ilin dekabrın 30-da Parlament tərəfindən “Dövlət müfəttişi xidməti haqqında” və “Fərdi məlumatların mühafizəsi haqqında” qanunlara edilən dəyişikliklərə əsasən, Dövlət Müfəttişi Xidmətinin əvəzinə iki müstəqil qurum – Xüsusi İstintaq Xidməti və Fərdi Məlumatların Mühafizəsi Xidməti yaradılıb.