Parlamentdə Venesiya Komisiyasının rekomendasiyaları ilə bağlı görüş keçirilir
Parlamentdə Venesiya Komisiyasının rekomendasiyaları ilə bağlı görüş keçirilir

Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze diplomatik korpusun, qeyri-hökümət təşkilatlarının və iqtidarın hər üç budağının nümayəndələri ilə görüş keçirir.

Görüşdə Ali Məhkəmənin hakimlərinin namizədlərinin seçilməsi ilə bağlı prosedur və müvafiq meyarlarla bağlı qanunlayihə haqqında müzakirə aparılır və həmçinin, Venesiya Komisiyasının rekomendasiyaları müzakirə olunur.

Görüşdə Gürcüstanın Ədliyyə Şurasının sədr vəzifəsinin icraçısı Giorgi Mikautadze və şura üzvləri iştirak edirlər.

Görüşdə həmçinin, hakim Levan Murusidze də iştirak edir, hansı ki, görüşdən öncə şərh vermək istəmədi.

Xatırladaq ki, Venesiya Komisiyası hakimlərin seçilməsi proseduru ilə bağlı öz rekomendasiyalarını dünən göndərdi.