Parlamentdə Ukraynada həlak olan gürcü döyüşçülərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Parlamentdə Ukraynada həlak olan gürcü döyüşçülərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

 

Parlamentin plenar iclasında deputatlar Ukraynada həlak olan gürcü döyüşçülərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

“Son günlərdə Rusiyanın Ukraynadakı aqressiv müharibəsi daha 6 gürcünün həyatına son qoyub, daha 6 ailə uşaqlarını, həyat yoldaşlarını, qardaşlarını, atalarını itirdi. Gürcüstan parlamenti adından onların ailələrinə, dostlarına və bütövlükdə Gürcüstana başsağlığı verir və həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi xahiş edirəm”- deyə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.