Gürcüstan parlamentində Abxaziyada baş verən silahlı münaqişənin 25 illiyinə həsr olunan iki sərgi açıldı.
“Bu hamımızın ağrısıdır” adlı sərgi məşhur gürcü fotoqrafları – Şah Ayvazov, Yuri Meçitov və Giorgi Tsaqarelinin fotoları əsasında təşkil olunub.
Sərgidə təqdim edilən şəkillərin çoxunu ictimaiyyət ilk dəfə görəcək.
“Biz Abxaziyayı çəkirik” adlı ikinci sərgidə Abxaziyada və Xaricdə yaşayan gənclərin Abxaziya mövzusunda çəkilən foto-əsərləri sərgilənib.
Qeyd olunan tədbirlərin müəllifləri parlamentin diaspora və xarici məsələlər komitələri və Barış və Vətəndaş bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyidir.
“Bugün çox ağır gündür. Sərgilərdə təqdim edilən fotolarda başımızdan keçən ağrının böyüklüyü yaxşı görünür. Tarixi olaraq, 25 il az vaxt kimi görünə bilər, ancaq bir insan üçün bir ömür kimidr. Ölkəmizi bölən dəmir çəpərliklər arxasında yaşayan insanlar xoşbəxt deyillər, buradaki minlərlə qaçqınlar isə, evlərinə qayıtmağı xəyal edirlər. Bugünki vəziyyət hamımıza zərər verir, çünki Rusiya işğalı çərçivəsində hərkəsin milli identliyinə təhlükə yaranır” – dedi Ketevan Tsixelaşvili.