Parlamentdə siyasi debatlar sözlü qarşıdurmalar və səs-küy fonunda başlayıb. “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin plenar iclasdakı bəyanatı müxalif deputatların etirazına səbəb olub. Xatuna Samnidze İrakli Kobaxidzenin Berdzenişvili qardaşları haqqında danışdığı bəyanatına etiraz edib. Samnidze qeyd edib ki, İrakli Kobaxidze öz bəyanatı ilə cinayətkarları ruhlandırıb.
Xatuna Samnidzenin bu açıqlamasına Mamuka Mdinaradze münasibət bildirib. “Gürcü Arzusu” fraksiyasının sədri Xatuna Samnidzeyə sual ünvanlayıb “Həqiqəti söyləmək hücuma çağırışdır mı?”.
Samnidze ilə Mdinaradze arasındakı mübahisəyə “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze müdaxilə edib. O əksəriyyətinin üzvlərinə müraciət edərək, onların nə Erekleni, nə də heç kimi sevmədiklərini, siyasi spekulyasiyaların olduğunu bildirib. Sözügedən qiymətləndirmənin ardınca Mamuka Mdinaradzenin “Kişilənməyin” replikası eşidilib. Hazırda, deputatlar arasında mübahisə başa çatıb.