Parlamentdə sentyabrın 20-də Tea Tsulukiani “Nazir saatı” formatında, Vaxtanq Qomelauri və Levan Davitaşvili isə sentyabrın 22-də interpelasiya formatında dinləniləcək
Parlamentdə sentyabrın 20-də Tea Tsulukiani “Nazir saatı” formatında, Vaxtanq Qomelauri və Levan Davitaşvili isə sentyabrın 22-də interpelasiya formatında dinləniləcək

 
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili sentyabrın 22-də parlamentdə interpelasiya formatında dinləniləcək.

Bu barədə parlamentin bürosunun bu gün keçirilən iclasında məlum olub.

Həmçinin sentyabrın 22-də Şovidə baş vermiş təbii fəlakətlə bağlı daxili işlər naziri Vaxtanq Qomelaurini interpelasiya formatında dinləyəcəklər.

Bundan əlavə, qeyd edildiyi kimi, çərşənbə günü, sentyabrın 20-də Gürcüstanın mədəniyyət naziri Tea Tsulukiani “Nazir saatı” formatında deputatlar qarşısına çıxacaq.