Parlamentdə prezidentin impiçmenti məsələsi uğursuz nəticələnib
Parlamentdə prezidentin impiçmenti məsələsi uğursuz nəticələnib

Gürcüstan parlamentinin plenar iclasında prezident Salome Zurabişvilinin impiçmenti məsələsinə səs veriblər.

Prezidentin impiçmenti məsələsi parlamentdə uğursuz nəticələnib, çünki prezidentin impiçmenti üçün lazımi səsləri toplamaq mümkün olmayıb.

86 deputat Salome Zurabişvilinin istefasının lehinə, biri isə əleyhinə səs verib. Səsvermə gizli keçirilib. Prezidentin impiçmenti üçün parlamentin tam tərkibinin üçdə ikisinin, yəni 100 deputatın səsi tələb olunurdu. 90 deputat qeydiyyatdan keçib.

Müxalifətin bir hissəsi, o cümlədən “Milli Hərəkat”ın nümayəndələri zalda olmayıb.

Hakim partiyanın prezidentin impiçment proseduruna başlanılması üçün əsas olan arqumentlərini təqdim edən parlament çoxluğunun lideri İrakli Kobaxidze  prezidentin impiçmenti məsələsinin məruzəçisi olub. Hakim partiyanın lideri Konstitusiya Məhkəməsinin üç hakiminin verdiyi fərqli rəyə də münasibət bildirib. Məruzəçinin çıxışından sonra proses sual-cavab rejimində davam etdirilib. İrakli Kobaxidze müxalifət nümayəndələrinin suallarını cavablandırıb.

İrakli Kobaxidzedən sonra Gürcüstan Prezidenti Salome Zurabişvili parlament qarşısında çıxış edib. Çıxışdan sonra deputatlar Salome Zurabişviliyə suallar veriblər, lakin prezident suallara cavab verməyib. Parlamentin spikeri Şalva Papuaşvilinin iclasda bildirdiyi kimi, Salome Zurabişvili təsdiqləyib ki, o, suallara cavab vermək istəmir və onu suallara cavab verməyə məcbur edə bilməzlər.

Konstitusiya Məhkəməsi prezidentin Gürcüstan Konstitusiyasını pozması ilə bağlı qənaətini elan etdikdən sonra prezidentin impiçmenti ilə bağlı hüquqi hissə başa çatıb. Bundan sonra proses qanunverici orqana keçib.