Parlamentdə prezidentin illik hesabatının dinlənilməsi proseduru dəyişdirilir
Parlamentdə prezidentin illik hesabatının dinlənilməsi proseduru dəyişdirilir. Müvafiq dəyişikliklər reqlamentə daxil edilir. Layihəyə əsasən, parlamentin plenar iclasında Gürcüstan prezidentinin müraciətindən sonra həmin prosedur başa çatmış sayılacaq.
Hazırkı reqlamentə görə isə prezidentin çıxışından sonra fraksiya sədrləri və parlament çoxluğunun lideri çıxış edirlər.
Bundan əlavə, dəyişikliklərə əsasən, prezidentin illik hesabatının dinlənilməsi başa çatdıqdan sonra parlamentin plenar iclasının davam etdirilməsi və digər məsələlərin müzakirəsi mümkün olacaq.