Parlamentdə ombudsmanlığa namizədlərin dinlənilməsinə başlanıldı. Hazırda İnsan Hüquqlarınının Müdafiəsi Komitəsinin iclasında müxalifət partiyalarının parlamentə təqdim etdiyi Ana Abaşidze dinlənilir.
Ana Abaşidze öz fəaliyyəti haqqında deputatlara məlumat verir.
Prosedura əsasən, ombudsmanlığa namizədlərin çıxışlarından sonra deputatların sual vermək imkanı olacaq. Bu gün iclasda daha iki namizədin – Qiorqi Burcanadze və Marika Arevadzenin dinlənilməsi planlaşdırılır.
Ombudsman vəzifəsinə seçilmək üçün parlamentə 19 müraciət daxil olub və deputatlar 19 namizədin hamısını dinləyəcəklər.
Gürcüstanın xalq müdafiəçiliyinə namizədlər bunlardır:
“Ana Abaşidze – qeyri-kommersiya hüquqi şəxsi “İnsan Hüquqları Naminə Tərəfdaşlığ”-ın rəhbəri, Marika Arevadze – “Arevadze, Qonaşvili və Tərəfdaşlar” hüquq bürosunun vəkili; Qiorqi Burcanadze – Gürcüstanın xalq müdafiəçisinin müavini; Lela Qaprindaşvili – qeyri-kommersiya hüquqi şəxsi “Bərabərlik naminə Qadınların Təşəbbüsü”nün rəhbəri; Sopio Demetraşvili – Gürcüstan Texniki Universitetinin Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin dosenti; Tinatin Erkvania – GIPA – Gürcüstan İctimai Əlaqələr İnstitutunun Hüquq və Siyasət fakültəsinin dosenti; Evqeniya Tavadze – müvəqqəti işsiz; Aleksandre Kobaidze – qeyri-kommersiya hüquqi şəxsi “Gənc Hüquq Müdafiəçiləri Assosiasiyası”nın sədri; Levan Kokoraşvili – Ğvareli rayonunun Gənc Hüquqşünaslar İttifaqının idarə heyətinin sədri; Nuqzar Koxreidze – qeyri-kommersiya hüquqi şəxsi “Nəsillərin dialoqu” Elmi-İntellektual Klubu”nun sədri; Qiorqi Mariamidze -qeyri-kommersiya hüquqi şəxsi “Vətəndaşların Müdafiəsi İnstitutu”nun təsisçisi, direktoru; Serqo Maxaradze – Gürcüstan Peşəkar İttifaqlar Birliyinin hüquqşünası; Maka Mindiaşvili – qeyri-kommersiya hüquqi şəxsi “Xalqın səsi”nin təsisçisi; Cemal Natelaşvili – Gürcüstan Vəkillər Assosiyasiyasının üzvü; Nikoloz Nikoladze – Gürcüstan Diplomatik Xidmətinin rezervi; Ketevan Çaçava -qeyri-kommersiya hüquqi şəxsi “İnkişaf və Demokratiya Mərkəzi”nin icraçı direktoru; Qiorqi Tsobexia – “Qiorqi Tsobexia və Tərəfdaşlar” vəkillər bürosunun idarəedici tərəfdaşı, direktoru; İaqo Xviçia – Gürcüstan parlamentinin üzvü; Nazi Canezaşvili – qeyri-kommersiya hüquqi şəxsi “Gürcüstanın məhkəməsinin gözətçisi” nin direktoru.