Parlamentdə ombudsmanın seçilməsi qaydası ilə bağlı məsləhətləşmələr aparılır
Parlamentdə ombudsmanın seçilməsi qaydası ilə bağlı məsləhətləşmələr aparılır

 

Parlamentdə ombudsmanın seçilməsi qaydası ilə bağlı məsləhətləşmələr aparılır.

Parlamentin sədri Şalva Papuaşvili ilə görüşdə həm hakim komandanın üzvləri, həm də müxalifətin bir hissəsi iştirak edir. Onlar arasında “Milli Hərəkat”, “Qirçi”, “Vətəndaşlar”, “Gürcüstan Naminə” partiyalarının üzvləri var. Görüşdə həmçinin müstəqil deputat Tamar Kordzaia da iştirak edir.

“Quruculuq Strategiyası” partiyası yenə də görüşdə iştirak etmir. Qiorqi Vaşadze bildirir ki, o bu məsləhətləşmələrin “Gürcü Arzusu”nun saxtakarlığı olduğunu hesab edir. Müxalifətin bir hissəsi Vaşadzenin mövqeyi ilə razılaşmır.

Görüşün təfərrüatlarına gəlincə, Şalva Papuaşvili ombudsmanın seçilməsi meyarlarının yazıldığı sərəncamın yekun variantı barədə müxalifətə məlumat verəcək. Sənəd müxalifətə təhvil verildikdən sonra Şalva Papuaşvili tərəfindən bu sərəncamın verilməsi və müsabiqə komissiyasının yaradılması planlaşdırılır.